İspaniyalı yarımmüdafiəçi Ander Herrera "El Boro" proqramına verdiyi müsahibədə müasir futbol mühiti və stadionlardakı yeni trendlərlə bağlı maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu xüsusilə tribunalarda artan influenser və "TikToker" sayından narahatlığını ifadə edib.
Herrera stadionların ruhunun dəyişməsindən bəhs edərək bu sözləri deyib:
"Keçən gün 'Santiaqo Bernabeu' stadionunda çoxlu 'TikToker' və influenser gördüm. Hər kəsə hörmətim var, amma məncə, bu futbolun əsl mahiyyəti deyil. Əlbəttə, hər kəsin stadiona getmək haqqı var, lakin mən başqa mənzərələrin tərəfdarıyam. Mən babanın nəvəsi ilə birlikdə tribunada mahnı oxumasını, ayağa qalxıb komandalarını ürəkdən dəstəkləməsini görmək istəyirəm."
Özünü sadəcə bir peşəkar kimi deyil, həm də sadiq bir azarkeş kimi xarakterizə edən Herrera, futbol ehtirasından danışarkən Argentinadakı xatirələrini də bölüşüb:
"Mən sadəcə futbolçu deyiləm, eyni zamanda həqiqi bir futbol azarına sahibəm. Belə böyümüşəm və futbolu bu cür sevirəm.
"Boka Xuniors təcrübəsi isə tamamilə başqa bir aləm idi... Bu, həyatım boyu unutmayacağım bir şeydir."


