PSJ-nin ulduzu uzun müddətə sıradan çıxıb. 

Offsideplus.az xəbər verir ki, söhbət Hüqo Ekitikedən gedir. 23 yaşlı forvardın axilles vətəri qopub və p 9 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə "Lequipe" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Ekitike ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsinin "Liverpul"a qarşı cavab oyununda zədələnib. Matç PSJ-nin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb (Ümumi hesab: 4:0).