Meksikanın "Toluka" klubunun futbolçusu Marsel Ruis dünya çempionatında iştirak etmək üçün zədəsinin əməliyyatından imtina edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "OneFootball" nəşri məlumat yayıb.
Yarımmüdafiəçisi sağ dizinin ön çarpaz bağlarının qismən qırılması və menisk zədəsi səbəbindən bir aydan çoxdur ki, oyunlarda iştirak edə bilmir.
25 yaşlı futbolçu əməliyyat əvəzinə reabilitasiya kursunu seçib.
Qeyd edək ki, M.Ruis Meksika yığmasının heyətində keçirdiyi 17 matçda bir məhsuldar ötürmə edib.


