Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Andorra oyunundan əvvəl mətbuat konfransı baş tutacaq.
Offsideplus.az xəbər verir ki, aprelin 17-si saat 17:15-də mətbuat konfransı, 18:00-da isə açıq məşq keçiriləcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, matç aprelin 18-də “Bank Respublika Arena”da oynanılacaq.


