Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxıb.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Andorra seçməsinin qonağı olub.

Görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli komandamızın qollarına Sevinc Cəfərzadə (2) və Esra Manya imza atıb.

Yığmamız hazırda 6 xalla C Liqasının 3-cü qrupunda 2-ci yerdədir. Lider Macarıstanın aktivində 7 xal var. Şimali Makedoniya 3, Andorranın isə 1 xala malikdir.

Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Macarıstana minimal hesabla (0:1) uduzsa da, növbəti görüşdə Şimali Makedoniya üzərində inamlı qələbə qazanıb (2:0).