"Atletiko"nun prezidenti Enrike Sereso Madrid təmsilçisinin "Barselona"ya qarşı ilk oyundakı (2:0) çıxışından razı qaldığını bildirib.
Offsideplus.az xəbər verir ki, o, rəqibin gücünə hörmətlə yanaşdıqlarını, lakin yarımfinala yüksəlmək üçün hər şeyə hazır olduqlarını vurğulayıb:
"Həm nəticə, həm də komandanın ilk matçdakı performansı məni çox sevindirdi".
Prezident həmçinin argentinalı hücumçu Xulian Alvaresə olan tam etibarını da ifadə edib. O, ilk oyunda qol vuran futbolçunun uzun müddət "Atletiko"da qalacağını da söyləyib.


