İqa Şvyontek mövsümə uğursuz start verdikdən sonra bu həftə Ştutqartda başlayacaq torpaq kort mövsümündə yeni məşqçisi Fransisko Roiqin təcrübəsindən yararlanmağa ümid edir.
Offsideplus.az xəbər verir ki, yanvar-mart aylarında keçirilən turnirlərdə gözlənilməz məğlubiyyətlər alan polşalı tennisçi, məşqçisi Vim Fissett ilə yollarını ayıraraq Roiqlə anlaşıb. Qeyd edək ki, Roiq uzun illər (2005-2022) Rafael Nadal ilə çalışıb.
Yeni əməkdaşlıq barədə danışan 6 qat "Böyük Dəbilqə" çempionu bildirib:
"Fransisko ilə bir yola başladığım üçün çox xoşbəxtəm. Texniki cəhətdən güclü və turdakı bütün çətinlikləri yaşamış təcrübəli birini axtarırdım. Mövsümün ortasında tez bir zamanda yeni məşqçi tapmaq mənə güvən verir".


