Sabiq UFC çempionu Şon O’Melli, Xamzat Çimayev və Şon Striklend arasındakı döyüşdə Çimayevin qalib gələcəyini proqnozlaşdırır.

Offsideplus.az xəbər verir ki, 

"Düşünürəm ki, Xamzat qalib gələcək. Onu yıxıb zərbələrlə darmadağın edəcək, ya da boğucu fəndlə işini bitirəcək. Bir tərəfdən inanıram ki, Striklendın əla nəfəsi (fiziki dözümlülüyü) var, lakin o, heç vaxt belə sınaqdan keçməyib. Bu, 25 dəqiqəlik döyüşdür. Onu daim yerə yıxacaqlar və o, qalxmalı olacaq. Bu, həddindən artıq yorucudur.

Merab Dvalişvili ilə ikinci dəfə döyüşəndə o, məni bir raundda 4-5 dəfə yerə yıxdı – hər dəfə ayağa qalxmaq çox çətindir. İstərdim ki, Striklend hər dəfə yıxılanda ayağa qalxıb döyüşməyə davam etsin. Əgər bunu Çimayevə qarşı kiməsə edə bilərsə, o da məhz Şondur" – deyə O’Melli bildirib.

Qeyd edək ki, Çimayev və Striklend mayın 9-dan 10-na keçən gecə UFC 328 turnirinin əsas döyüşündə üz-üzə gələcəklər.