İliya Topuriya UFC-nin onun İslam Maxaçevlə döyüşünü keçirməkdə maraqlı olmadığını düşünür.
Offsideplus.az xəbər verir ki, o, bu barədə bunları söyləyib:
"Maxaçevə qarşı heç bir nifrətim yoxdur. Ona qarşı heç bir şəxsi iddiam da yoxdur. O da mənim kimi ikiqat çempiondur. Əgər biz bu döyüşü təşkil etsəydik, tarixin ən səs-küylü qarşıdurmalarından biri olardı. Bu döyüşün baş tutmamasının səbəbkarının İslam olduğunu düşünmürəm. Mən inanıram ki, məhz UFC bu döyüşün keçirilməsini istəmir".
Qeyd edək ki, Topuriya və Castin Qeyci iyunun 15-də "Freedom 250" turnirində üz-üzə gələcəklər.


