"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi seçilib.
Offsideplus.az xəbər verir ki, o, mükafat uğrunda mübarizədə Kit Endryus ("Brentford"), Maykl Kerrik ("Mançester Yunayted"), Pep Qvardiola ("Mançester Siti"), Andoni Iraola ("Bornmut") və Rejis Le Brini ("Sanderlend") qabaqlayıb.
Arteta 2004-cü ildən bəri bu mükafatı qazanan ilk "Arsenal" məşqçisidir. Sonuncu dəfə bu uğura Arsen Venger imza atmışdı.
Qeyd edək ki, 2025/26 mövsümündə "topçular" 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olublar.


