"Sabah" klubu heyətini qorumaq istiqamətində növbəti addımını atıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" qazaxıstanlı qapıçısı Stas Pokatilovla yeni sözləşmə imzalayıb.
Təcrübəli qolkiperlə imzalanan yeni müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, 33 yaşlı qapıçı 2025-ci ilin yanvar ayından bəri "Sabah"ın uğurları üçün çalışır.
Pokatilov paytaxt klubunun heyətində meydana çıxdığı 61 oyunda bir dəfə Azərbaycan çempionluğu, iki dəfə isə ölkə kubokunun sevincini yaşayıb.


