Azərbaycan I Liqasında qalmaq və ya bu liqaya vəsiqə qazanmaq uğrunda həlledici pley-off oyunu bu gün baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, I Liqa təmsilçisi "Şimal" ilə II Liqada ikinci olan "Qaradağ Lökbatan" üz-üzə gələcək.

Qarşılaşma Şamaxı şəhər stadionunda təşkil olunacaq. Saat 16:00-da start götürəcək bu vacib görüşdə VAR sistemi də tətbiq ediləcək.

Qeyd edək ki, "Şimal" cari mövsüm I Liqanı 9-cu pillədə başa vuraraq yerini qorumaq üçün pley-offa qalıb. "Qaradağ Lökbatan" isə II Liqanın gümüş mükafatçısı kimi yuxarı liqaya yüksəlmək şansı əldə edib.