“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub. 

Offsideplus.az xəbər verir ki, italyalı mütəxəssis Entso Mareska İngiltərə klubu ilə artıq rəsmi müqavilə imzalayıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Son olaraq “Çelsi”ni çalışdıran 46 yaşlı mütəxəssislə 3 mövsümlük – 2029-cu ilin iyununa qədər qüvvədə olacaq sözləşmə imzalanıb.

Romanonun iddiasına görə, Mareska artıq indidən klubun transfer strategiyasına tam cəlb olunub və fəal şəkildə işə başlayıb.

Qeyd edək ki, “Mançester Siti” mayın 22-də komandanı 2016-cı ildən idarə edən və bu müddətdə 20 titul qazandıran Pep Qvardiolanın gedişini elan etmişdi.