Formula 1-in keçmiş pilotu Ralf Şumaxer hesab edir ki, çempionatın lideri Andrea Kimi Antonelli titul uğrunda əsas rəqibi və komanda yoldaşı Corc Rassellə psixoloji təzyiq göstərmək tapşırığının öhdəsindən uğurla gəlir.
Offsideplus.az xəbər verir ki, Kanada Qran-prisinin nəticələrinə əsasən, Antonelli Rassellə olan xal fərqini 43-ə çatdırıb.
"Kimi növbəti addımı ata bildi, o, irəli getmək və komandanın lideri olmaq istəyir. Antonelli artıq Corc Rassellə azca da olsa rahat nəfəs almaq imkanı vermir, Kimi rəqibinə daim təzyiq göstərir. Corc inanılmaz dərəcədə sürətli pilotdur, lakin təzyiqlə o qədər də yaxşı bacarmır" - deyə Şumaxer bildirib.


