Azərbaycan idmançıları Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə növbəti yarışda qüvvələrini sınayacaqlar.
Offsideplus.az xəbər verir ki, söhbət sabah start götürəcək yeniyetmələrin Avropa çempionatından (U-17) gedir.
Oyan Nəzərianinin rəhbərliyi altında Əlirzə Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacılquliyev, Ruslan Vəliyev (hər ikisi 80 kq), Möhlət Qasımov və Tural Eynullayev (90 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan güləşçiləri eyni məkanda, mayın 30-31-də keçiriləcək Dünya Seriyasının növbəti mərhələsində də özlərini yoxlayacaqlar.
Bu turnirdə ölkəmizi Rubail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov (90 kq) və Yusif Dursunov (+90 kq) təmsil edəcəklər.


