Konfrans Liqasında çempion bu axşam məlum olacaq.

Offsideplus.az xəbər verir ki, həlledici oyunda "Kristal Palas" (İngiltərə) və "Rayo Valyekano" (İspaniya) üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçiriləcək.

Qeyd edək ki, turnirin qalibi növbəti mövsüm Avropa Liqasında iştirak etmək hüququ qazanacaq.