Keçmiş MMA çempionu və beynəlxalq dərəcəli hakim Qolamrza Xani Şəkərab İranda edam edilib. 

Offsideplus.az xəbər verir ki, 34 yaşlı idmançı İsrail kəşfiyyatına casusluq etməkdə təqsirli bilinib.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

İran hakimiyyəti Şəkərabın İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyini və ölkə ərazisində təxribat şəbəkəsinin fəaliyyətində iştirak etdiyini iddia edib. Onun barəsində çıxarılan ölüm hökmü yuxarı məhkəmə instansiyaları tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Qeyd edək ki, idman karyerasında uğurları ilə tanınan, həmçinin məşqçi və beynəlxalq hakim kimi fəaliyyət göstərən Şəkərab həbs olunmamışdan əvvəl Türkiyədə yaşayırmış. O, ötən il İraqa səfər edərkən İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq ölkəyə gətirilmişdi.