“Qarabağ” klubu xanım azarkeşlər üçün növbəti dəfə jest edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçiriləcək “Sabah”la qarşılaşmada xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.
Xanımlar biletlərini oyun günü mütləq şəkildə kassalardan əldə etməlidirlər.
Qeyd edək ki, aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.


