Azərbaycanın gənclərdən ibarət cüdo millisi Avstriyanın Qrats şəhərində təşkil olunan Avropa Kubokuna uğurlu start verib.
Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə yığmamızın aktivinə qızıl medal yazdıran Məhəmməd Musayev (66 kq) bütün görüşlərini qələbə ilə başa vurub.
O, finala gedən yolda Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini məğlub edib.
Həlledici qarşılaşmada serbiyalı Marko Yorqiçlə üz-üzə gələn Musayev rəqibini ipponla üstələyərək çempion tituluna yiyələnib.
Bir qızıl medalla Azərbaycan komandası oğlanlar arasında medal sıralamasına liderlik edir, ümumi hesabda isə beşinci pillədə qərarlaşıb.


