Azərbaycanlı idmançı Tofiq Musayevin UFC-dəki növbəti döyüşünün vaxtı və rəqibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, UFC-də 1 qələbə və 1 məğlubiyyəti olan həmyerlimiz növbəti sınağına avqustun 1-də çıxacaq.
Tofiq Musayev Serbiya paytaxtında keçiriləcək "UFC Belqrad" turnirində çıxış edəcək.
Onun rəqibi UFC-də keçirdiyi döyüşlərdə 8 qələbə, 3 məğlubiyyət və 1 heç-heçəlik göstəriciyə malik olan təcrübəli idmançı Lüdovit Klayn olacaq.


