Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində təşkil olunan "Zəfər Kuboku"nda uğurlu çıxışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

U-17 yaş qrupunda çıxış edən təmsilçilərimiz daha 6 medal qazanıblar. Yunan-Roma güləşində Ömər Salmanov (48 kq) və Qurban Məcnunov (55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eyni növdə Yusif Mirzəyev (48 kq) gümüş medala sahib çıxıb.

Sərbəst güləşçilərin mübarizəsində isə Hüseyn Rzazadə (48 kq) yarışı ikinci, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, turnirin əvvəlki günlərində güləşçilərimiz daha 4 medal qazanmışdılar.