Qadın futbolçulardan ibarət Azərbaycanın U-19 yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Həbib Ağayevin yetirmələri qrupdakı ikinci oyununda Çexiya seçməsi ilə qarşılaşıb. 

Görüş rəqibin böyükhesablı qələbəsi ilə başa çatıb - 9:0.

Qeyd edək ki, seçmə mərhələyə uğursuz start verən yığmamız ilk turda meydan sahibi Xorvatiyaya (0:6) məğlub olub.

Komandamız qrupdakı son oyununu aprelin 17-də Gürcüstan kollektivinə qarşı keçirəcək.