Azərbaycan U-20 yığmasının heyətində dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ın gənc futbolçusu Əli Bəşirov heyətdən çıxarılıb. O, zədəsinə görə təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
Onu "Qəbələ"nin futbolçusu Ariz Kərimov əvəz edəcək.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.


