"Qəbələ" futbolçusu Prins Ovusu ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı qanalı vingerlə 2028-ci ilin iyununa qədər yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Qananın "Nayan" Akademiyasından transfer edilən Ovusu əvvəlcə klubun U-19 komandasında çıxış edib. O, əsas komandanın heyətində meydana çıxdığı 29 qarşılaşmada 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub.


