"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, onun yubiley görüşü - XXVII turun "Sumqayıt"la oyununa təsadüf edib.

Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

F. Hacıyev 2021-ci ilin yayından bölgə klubunda çıxış edir. O, cari mövsümdə 27 oyunda meydanda olub və 3 məhsuldar ötürmə edib.