Aprelin 12-dən 14-dək Antalyada U-17 yaş qrupu üzrə güləş üzrə "Zəfər kuboku" keçiriləcək. Turnirdə Azərbaycanı sərbəst və yunan-Roma güləşi üzrə milli komandalar təmsil edəcək.
Offsideplus.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz Rafiq Hüseynovun rəhbərliyi altında 23 idmançı ilə mübarizə aparacaq. Heyətdə Əli Cavadlı, Əli Musayev (45 kq), Ömər Salmanov, Yusif Mirzəyev, Ümid Babayev (48 kq), Abdurrahman Hüseynli, Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov, Amin Məmmədov (55 kq), Elmir Çərkəzov, Elmir Abdulla (60 kq), Orxan Həbibli, Nihad Məhərrəmov (65 kq), Nadir Həsənov, Əli Məmmədov, İbrahim Babayev (71 kq), Ruslan Nuriyev, İsfahan Həsənov, Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq), Emin Baxşəliyev, Məhəmməd Mustafayev və Manaf Məmmədli (110 kq) yer alıblar.
Əsgərxan Novruzovun başçılıq etdiyi sərbəst güləş yığmasında isə Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcək.
Yarışda ölkəmizi hakim Xəyal Əliyev təmsil edəcək.


