"Fənərbağça" 12 illik fasilədən sonra bu mövsüm Türkiyə Super Liqasında çempion ola bilər.

Offsideplus.az xəbər verir ki, klubun prezidenti Saaddetin Saran da "kisənin ağzını açıb".

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O, son 5 matç üçün komandaya 10 milyon avroluq mükafat vəd edib.

Qeyd edək ki, "Fənərbağça" 29 turdan sonra lider "Qalatasaray"dan 2 xal geridədir. Onlar son 5 turda "Rizespor" (ev), "Qalatasaray" (səfər), "Başakşəhər" (ev), "Konyaspor" (səfər) ve "Eyüpspor"la (ev) qarşılaşacaqlar.