“Bu turnir bizim üçün həm maraqlı, həm də öyrədici oldu”. 

Bu sözləri Offsideplus.az saytına açıqlamasında FIBA Gənclər Çempionlar Liqasında (Youth Champions League) rəmzi "5-lik"də yer alan "Sabah" basketbol klubunun U-18 komandasının üzvü Emmanuel Aqbason deyib.

O, turnirin önəmindən danışıb:

“Komandamız yeni qurulmuşdu və ilk dəfə idi ki, belə bir səviyyədə yarışda iştirak edirdik. Buna baxmayaraq, dördüncü oyunda xarakter göstərərək qələbə qazanmağı bacardıq. Ümumilikdə komandamızın çıxışını müsbət qiymətləndirirəm.

Bu turnir bizə ciddi təcrübə qazandırdı və gələcək üçün yaxşı siqnal oldu. Şəxsi statistikama gəldikdə isə, burada komanda yoldaşlarımın dəstəyi danılmazdır. Onların köməyi olmadan bu nəticəni əldə etmək çətin olardı. Mənim üçün əsas olan komandanın uğurudur. Düşünürəm ki, qarşıdakı yarışlarda daha güclü və daha hazırlıqlı şəkildə çıxış edəcəyik.”

Qeyd edək ki, Emmanuel Aqbason qrup mərhələsinin ikinci turunda Almaniyanın "Porşe BBA Lüdviqsburq" klubu ilə oyunda (72:61) 28 xal, 20 ribaund və 8 blok-şotla yadda qalaraq turnirin tarixinə düşüb.