UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçuları adına namizədlər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarından sonra bu mükafata 4 namizəd var: 

Usman Dembele (PSJ), Maykl Olise (“Bavariya”), Dani Olmo (“Barselona”) və Martin Subimendi (“Arsenal”).

Qeyd edək ki, səsvermə UEFA-nın rəsmi saytında keçirilir.

Xatırladaq ki, ÇL-də yarımfinala PSJ, "Atletiko Madrid", "Arsenal" və "Bavariya" klubları vəsiqə qazanıb.