“Çelsi” "Kristal Pelas"ın futbolçusu ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.

London təmsilçisi 21 yaşlı yarımmüdafiəçi Adam Uortonu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Uortonu 2024-cü ildə 21 milyon avro qarşılığında “Blekbern”dən “Kristal Pelas”a transfer olunub. Onun müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir.