Hazırda karyerasını ABŞ-da "İnter Mayami" klubunda davam etdirən Lionel Messi İspaniya 5-ci liqa təmsilçisi "Kornelya" (UE Cornella) klubunun yeni sahibi olub. 

Offsideplus.az xəbər verir ki, Barselona şəhərinin ətrafında yerləşən klub ulduz futbolçunun bu satınalma ilə "Kataloniya idmanının inkişafına olan bağlılığını" nümayiş etdirdiyini açıqlayıb.

​"Kornelya" son illərdə ciddi tənəzzül dövrünü yaşayırdı: Komanda son iki mövsümdə ard-arda iki dəfə aşağı liqalara yuvarlanaraq 5-ci liqaya qədər düşmüşdü.

​Messi və yeni rəhbərliyin əsas hədəfi klubu yenidən peşəkar liqalara qaytarmaqdır.

​Klub kiçik olsa da, Avropa futboluna mühüm adlar qazandırıb. "Arsenal"ın qapıçısı David Raya və Messinin keçmiş komanda yoldaşı Xordi Alba məhz bu klubun yetirmələridir. 

Messinin bu sərmayəsi həm də regiondakı gənc istedadların kəşfi üçün yeni imkanlar açacaq.