“Arsenal” yay transfer pəncərəsində Entoni Qordonu heyətinə qatmaq yarışında “Liverpul” və “Mançester Yunayted”i qabaqlayıb.

Offsideplus.az xəbər verir ki, London klubu "Nyukasl"ın sol cinah oyunçusunu 75 milyon funt sterlinq qarşılığında transfer etməyə hazırlaşır.

"Nyukasl" ilə yaxın mənbələr bildirir ki, klub "Liverpul"dan Aleksandr İsak üçün aldığı 125 milyon funt sterlinqə yaxın məbləğ tələb edir.

“Arsenal” rəhbərliyi isə bu tələbə cavab verməyə hazırdır və Qordonu Qabriel Jesusun mövsüm sonunda klubdan ayrılacağı yerdə onun əvəzçisi kimi transfer etməyi planlaşdırır.