"Arsenal" rəhbərliyi gələn yay transfer pəncərəsində hücumçu Viktor Qyökereş üçün gələcək təklifləri dəyərləndirməyə hazırlaşır.

​Offsideplus.az xəbər verir ki, London təmsilçisinin isveçli forvardın göstərdiyi məhsuldarlıqdan narazı qaldığı bildirilir.

Klubun transferindən cəmi 12 ay keçməsinə baxmayaraq, uyğun təklif gələcəyi təqdirdə futbolçunun gedişinə mane olmayacağı gözlənilir.

​Xatırladaq ki, Qyökereş "topçular"ın hücum xəttini gücləndirmək üçün böyük ümidlərlə heyətə qatılmışdı, lakin onun hazırkı forması texniki heyəti tam qane etmir.