Bu gün Misli Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu keçiriləcək.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Offsideplus.az saytının sorğusuna cavab olaraq bildirilib ki, heyətdə hər hansı itki yoxdur. Yalnız Vensan Abubakarın bu gün oynayıb-oynamayacağı dəqiq deyil.
“Qarabağ” klubunun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Bəhlul Mustafazadə, Şahruddin Məhəmmədəliyev, Dani Bolt, Abbas Hüseynov və Elvin Cəfərquliyev “Neftçi” ilə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, matç saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci, Bakı klubu 44 xalla beşinci pillədə qərarlaşıb.


