UEFA Avropa Liqasının yarımfinalı üzrə bu gün ilk oyunlar keçiriləcək.
Offsideplus.az xəbər verir ki, "Aston Villa" səfərdə "Nottinqem Forest"in qonağı olacaq. "Braqa" isə "Freyburq"u qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 7 may tarixində baş tutacaq.


