"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 8-dən 6-ya enib.
Offsideplus.az Haqqin.az saytına istinadən xəbər verir ki, buna "Aston Villa"nın Avropa Liqasının qalibi olması səbəb olub. Belə ki, İngiltərə klubunun çempion olması ilə yeni mövsümündən I təsnifat mərhələsində 16 yox, 12 komanda mübarizə aparacaq.
Püşkatmada səpələnmişlər səbətində yer alacaq Ağdam təmsilçisinin qarşılaşacağı 6 mümkün rəqibdən 5-i aşağıdakılardır:
“Voyvodina” (Serbiya), “ÇFR Kluj (Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya)
6-cı rəqib isə “Jilina” (Slovakiya) və ya “Zimbru” (Moldova) klublarından biri olacaq.
Qeyd edək ki, "Qarabağ" 2025-26 mövsümü üzrə Azərbaycan çempionatını ikinci yerdə başa vuracağını rəsmiləşdirib.


