17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində son oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri üçüncü matçında pakistanlı həmyaşıdları ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da millimiz 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.


