17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində ilk qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Qazaxıstanın müvafiq yaş qrupundan olan komandasını məğlub edib.
Qazaxıstanın Çimkənd şəhərindəki "Namys" stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Millimizin yeganə qoluna 18-ci dəqiqədə Ruslan Quliyev imza atıb. Qaydalara əsasən qalibi müəyyənləşdirmək üçün keçirilən penaltilər seriyasında futbolçularımız daha dəqiq (4:2) oynayaraq meydanı qələbə ilə tərk ediblər.
Qeyd edək ki, U-17 millimiz ilk turda Rusiyaya (0:5) uduzmuşdu. Komandamız turnirdəki son matçını aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.


