"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerası ilə bağlı gözlənilməz bir qərar verməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduzun 2027-ci ilin yayında müqaviləsi başa çatdıqdan sonra "Arsenal"a azad agent kimi qoşulmağı düşündüyü bildirilir.
Mənbələrdən sızan məlumatlara görə, Fernandeş artıq "Arsenal"ın baş məşqçisi Mikel Arteta və "topçular"ın rəhbərliyi ilə ilkin danışıqlar aparıb. Təcrübəli yarımmüdafiəçinin London klubunun layihəsinə isti yanaşdığı qeyd olunur.
"Arsenal" rəhbərliyi bu transferə Martin Edeqorun mümkün gedişi fonunda ciddi yanaşır. Klub rəhbərliyi yarımmüdafiə xəttindəki boşluğu məhz Bruno Fernandes kimi təcrübəli və lider xüsusiyyətli bir oyunçu ilə doldurmağı hədəfləyir.
Baxmayaraq ki, Almaniya nəhəngi "Bavariya" da portuqaliyalı futbolçu üçün mübarizəni davam etdirir, Fernandeşin əsas seçiminin məhz "Arsenal" olduğu vurğulanır.
Əgər bu keçid baş tutarsa, "Mançester Yunayted"in əsas sütunlarından birinin birbaşa rəqib düşərgəyə yollanması İngiltərə Premyer Liqasında ilin ən çox müzakirə olunan hadisəsinə çevrilə bilər.


