Misli Premyer Liqasında XXIX turun qapanış matçında lider "Sabah" autsayder "Karvan-Yevlax"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" növbəti qələbəsini qazanaraq çempionluğa doğru bir addım da atıb.
Onlara qələbə gətirən qollara Patrik Mbina və Aron Maluda imza atıb.
"Sabah" 72 xalla liderdir. "Karvan-Yevlax" isə 14 xalla sonuncu - 12-ci yerdədir.
Misli Premyer Liqası, XXIX tur
27 aprel (bazar ertəsi)
20:00 “Sabah” - “Karvan-Yevlax” 2:0
Qollar: Patrik Mbina (49'), Aron Maluda (55')
Qırmızı vərəqələr: Tomson Qavi (36') - "Karvan-Yevlax", Aleksey İsayev (64') - "Sabah"
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”


