"Növbəti hazırlıq prosesinin mayın sonundan iyunun əvvəlinədək keçirilməsi nəzərdə tutulub”.
Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdəki təlim-məşq toplanışını dəyərləndirib:
“Qəbələdəki toplanış iki həftə davam edəcək. Bu dəfə baş məşqçi Ruy Jorjenin istəyi ilə yoxlama oyunları keçirilmədi. İkinci təlim-məşq toplanışında yoxlama matçı nəzərdə tutulub. Ancaq hələlik komanda ilə bağlı yekun qərar verilməyib.
Komanda bir ayda iki həftə toplanış keçirir. Bildiyiniz kimi komandadakı bəzi futbolçular əvəzedicilərdə çıxış edir. Biz PFL-lə danışıq apardıqdan sonra çempionat təxirə salındı. Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Əgər ləğv olunmasa belə, format dəyişikliyi ola bilər".
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında çıxış edəcək.


