Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin Qəbələ toplanışında məcburi dəyişiklik edilib.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sabah" klubunun üzvü Şahin İbrahimov zədələndiyi üçün hazırlıq prosesini yarımçıq qoymalı olub. Gənc futbolçu artıq komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, U-20 millimizin Qəbələdəki təlim-məşq toplanışı aprelin 26-na qədər davam edəcək.