UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev İan Qarrinin sözlərinə reaksiya verib.

Offsideplus.az xəbər verir ki, o, sosial şəbəkə hesabında buna belə cavab verib:

"Mənim zədələrimə görə narahat olma. İstənilən vaxt hazıram. Müqaviləni gözləyirəm".

Qeyd edək ki, Qarri daha əvvəl Maxaçevi döyüşdən qaçmaqda ittiham etmişdi:

"May ayında mənimlə döyüşməkdən imtina etdiyin andan bəri səninlə qarşılaşmağa hazıram. Hamımız səni gözləyirik, şahzadə".