Robert Levandovski karyerasını Premyer Liqada davam etdirməyə hazırlaşır.

Offsideplus.az "Fichajes" portalına istinadən xəbər verir ki, təcrübəli forvard "Mançester Yunayted"in transfer hədəfinə çevrilib. "Qırmızı şeytanlar" polşalı qol maşınını heyətinə qatmaqda olduqca iddialıdır.

Levandovskinin "Barselona" ilə müqaviləsinin mövsümün sonunda başa çatması bu transferi "Mançester Yunayted" üçün daha da cəlbedici edir. Belə ki, İngiltərə nəhəngi bu keçid üçün qarşı tərəfə təzminat ödəməyəcək.

Qeyd edək ki, polşalı hücumçu cari mövsümdə "Barselona" forması ilə çıxdığı 40 qarşılaşmada 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.