"Sabah" Azərbaycan Basketbol Liqasının (ABL) yarımfinal mərhələsində "Gəncə"ni hər iki oyunda məğlub edərək finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis finala yüksəldikləri üçün şad olduğunu bildirib:

"Gəncə" liqanın ən yaxşı təşkilatlanmış komandalarından biridir. Bu cür komandaya qarşı oynamaq asan deyil. Rəqibi mövsüm ərzində sərgilədiyi gözəl və layiqli mübarizəyə görə təbrik edirəm. Bizə gəlincə müntəzəm və pley-off fərqlidir. Bu mərhələdə şanslar bərabərdir. Bizim üçün çətin oyun olsa da,ruhdan düşmədik".

Qeyd edək ki, "Sabah"ın finaldakı rəqibi ya "Abşeron Lions", ya da "Neftçi" olacaq.