Albaniyanın paytaxtı Tiranda keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, bu gün xalçaya çıxan güləşçilərimiz məğlubiyyət üzü görməyib.
Bu gün mübarizəyə qoşulan Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) yarımfinala yüksəliblər.
Onların finala yüksəlmək üçün döyüşləri Bakı vaxtı ilə saat 18:45-dən etibarən başlayacaq.
Ötən gün məğlub olan Rəşid Babazadə (65 KQ) rəqibinin finala yüksəlməsi nəticəsində bu gün təsəlliverici görüşə çıxıb. O, belçikalı Ayub Musayevə 4:2 hesabı ilə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Onun döyüşü Bakı vaxtı ilə saat 20:00-dan sonra başlayacaq.
Qeyd edək ki, qitə çempionatı sabah - aprelin 26-da başa çatacaq.


