"Real Madrid" növbəti mövsüm üçün baş məşqçi arayışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres italiyalı mütəxəssis Massimiliano Alleqrinin gördüyü işi bəyənir.
Bu barədə Madrid təmsilçisinə yaxın mənbələr məlumat yayıb.
Peres onun paltardəyişmə otağında nüfuz və güc sahibi olan çox yaxşı bir məşqçi olduğuna inanır.
Qeyd edək ki, Alleqri ötən ilin yayından etibarən "Milan"ı çalışdırır. Onun "rossoneri" ilə daha bir illik müqaviləsi var.
Onu da əlavə edək ki, o, daha əvvəl də "Real Madrid"in gündəminə gəlmişdi. Lakin o zaman bu keçid baş tutmamışdı.


