Bu həftə "Real Madrid" düşərgəsində gözlənilməz gərginlik yaşanıb.
Offsideplus.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Dani Sebalyos ilə məşqçi Alvaro Arbeloa arasında ciddi anlaşılmazlıq yaranıb.
Bu münaqişə futbolçunun gələcəyinə təsirsiz ötüşməyə bilər.
Baş məşqçinin Sebalyosu mövsümün geridə qalan oyunları üçün heyətə daxil etməyəcəyi ehtimal olunur.
Zədədən qayıtdıqdan sonra futbolçunun hətta isinmə hərəkətlərinə belə cəlb edilməməsi diqqət çəkib.


