UEFA İntizam Komitəsi "Benfika"nın gənc istedadı Canluka Prestianni ilə bağlı qərarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ​qərara əsasən, argentinalı futbolçu ümumilikdə 6 oyunluq diskvalifikasiya edilib. Lakin cəzanın tətbiqi iki hissəyə bölünüb:

  • ​Dərhal qüvvəyə minən hissə: Prestianni 3 oyunda mütləq şəkildə iştirak etməyəcək. Bu oyunlardan biri artıq tamamlanmış hesab olunur.
  • ​Şərti hissə: Cəzanın yerdə qalan 3 oyunu isə 2 illik sınaq müddəti şərti ilə təxirə salınıb.

​Əgər futbolçu iki il ərzində intizam qaydalarını yenidən pozarsa, təxirə salınmış 3 oyunluq cəza da qüvvəyə minəcək.