Londonun "Çelsi" klubunun rəhbərliyi Joze Mourinyonun üçüncü dəfə baş məşqçi postuna gətirilməsi fikrinə isti yanaşmır.
Offsideplus.az xəbər verir ki, Britaniya mətbuatının yaydığı son məlumatlara görə, Liam Rosunyorun istefasından sonra azarkeşlərin portuqaliyalı mütəxəssis üçün böyük təzyiq göstərməsinə baxmayaraq, klub sahibləri fərqli namizədlər üzərində dayanır. Rəhbərlik sentimentallığa qapılmaqdansa, müasir taktikaya üstünlük verən daha gənc məşqçilərlə uzunmüddətli layihəyə başlamağa üstünlük verir.
Hazırda Portuqaliyanın "Benfika" klubunu çalışdıran Mourinyonun "Stemford Bridc"ə qayıtma ehtimalı aşağı qiymətləndirilir. Xəbərlərdə qeyd olunur ki:
Klubun rəhbərliyi Andoni İraola və Marko Silva kimi namizədləri nəzərdən keçirir.
Mourinyonun özünün isə yayda "Benfika"dan ayrılaraq Portuqaliya milli komandasına keçmək planının olduğu bildirilir.
"Çelsi"ni mövsümün sonuna qədər müvəqqəti olaraq Kalum Makfarlan idarə edəcək.
Xatırladaq ki, "Çelsi" azarkeşlərinin sevimli məşqçisi olan Mourinyo daha əvvəl iki fərqli dönəmdə londonlulara 3 Premyer Liqa çempionluğu qazandırıb.


